Rusiyanın ilk elektrik avtomobili gülüş obyektinə çevrildi

Rusiyanın ilk elektrik avtomobili gülüş obyektinə çevrildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada Moskva Universitetinin tələbələri və alimləri tərəfindən “Amber” adlı ilk elektrik avtomobili sosial mediada gülüş obyektinə çevrilib.

Tribunainfo.az-ın xarici mediaya istinadən məlumatına görə, avtomobilin görünüşü Fiat-ın 1990-cı illərdə istehsal edilən Multipla modeli ilə müqayisə edilib və “çirkin və gülməli” adlandırılıb.

Bir çox sosial media istifadəçisi “Tesla qatili” kimi tanınan avtomobili Fiatın 1990-cı illərdə istehsal etdiyi Multipla model avtomobili kimi çirkin olduğu deyib.

Qeyd edək ki, Fiatın Multipla model avtomobili daha əvvəl ən çirkin dizayn elan edilsə də, dünyanın ən yaxşı ailə avtomobili mükafatını da qazanıb.