Peyk yanvarın 5-də sıradan çıxıb.
Rusiyanın hərbi süni peyki olan Kosmos-2430 aparatı orbitdən çıxıb və atmosferdə yanıb.
Bu haqda informasiyanı Şimali Amerikanın hərbi-kosmik müdafiəsinin komandanlığı yayıb.
Mənbə bildirir ki, peyk yanvarın 5-də sıradan çıxıb.
Kosmik aparatın 2007-ci oktyabrın 23-də Plesetsk kosmodromundan havaya qalxdığı deyilir. Onun məqsədi ABŞ ərazisində havaya qaldırılan qitələrarası ballistik raketləri izləmək olub.
Deyilənə görə, peyklə 2014-cü ildən bəri əlaqə kəsilib.
Xatırladaq ki, ötən ilin dekabrında Rusiya kosmosa hərbi peyki olan Proton-M raketini göndərib. Çin də həmin il orbitə 7 raket çıxarıb. (AzNews.az)