Rusiyanın hərbi-sənaye kompleksi üçün işləyənzavod VURULDU

Rusiyanın hərbi-sənaye kompleksi üçün işləyənzavod VURULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna dronları Rusiyanın “Siqnal” radiozavodunu vurdu.

Tribunainfo.az Teleqraf-a istinadən xəbər verir ki,26 iyul gecəsi Ukrayna dronları Rusiyanın radioelektronika sahəsindəki ən iri istehsalçılarından biri olan Stavropol “Siqnal” radiozavodunu vurub.

Bu barədə “Unian”a Ukraynanın təhlükəsizlik xidmətindəki mənbə məlumat verib.

Məlumata görə, zərbələrdən biri bahalı idxal avadanlıqları — sayca proqramla idarə olunan dəzgahların yerləşdiyi 2 nömrəli korpusa tuş gəlib. İkinci zərbə isə radioelektron cihazların istehsal edildiyi 1 nömrəli korpusa dəyib.

Qeyd olunur ki, “Siqnal” radiozavodu müxtəlif radioelektron mübarizə, radiolokasiya, radionaviqasiya avadanlıqları, uzaqdan idarə olunan radioaparatların istehsalı üzrə ixtisaslaşıb və Rusiya hərbi-sənaye kompleksi üçün işləyir. Zavod beynəlxalq sanksiyalar altındadır.