Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) Rusiyanın heç bir idmançısını 2023-cü ildə keçiriləcək dünya çempionatına neytral statusda buraxmayıb.
Bu barədə qurumun mətbuat xidmətinə istinadən xəbər verir.
Dünya çempionatı sentyabrın 4-dən 17-dək Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək. Qeyd olunub ki, Beynəlxalq Ağır Atletika Federasiyasının icraiyyə komitəsi 12 belaruslu olan neytral idmançıların siyahısını təsdiqləyib. Onun tərkibinə Belarusdan olan yeddi xidmət personalı və bir texniki hakim də daxildir.
Xatırladaq ki, mayın 12-də federasiya Rusiya və Belarus idmançılarına uyğunluq meyarları təyin edərək, neytral statusda beynəlxalq yarışlarda iştirak etməyə icazə vermişdi.