Rusiyanın futbol millisinin yeni rəsmi sponsoru özbək oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanın “Ravon Motors” avtomobil şirkəti futbol üzrə Rusiya milli komandasının rəsmi sponsoru olub.

 

Özbəkistanın “Ravon Motors” avtomobil şirkəti futbol üzrə Rusiya milli komandasının rəsmi sponsoru olub.

TİA.AZ-ın məlumatına görə, “Ravon” brendi altında Rusiya bazarında avtomobil satışı ilə məşğul olan şirkətin Rusiya millisi ilə tərəfdaşlığı yaxın günlərdə keçiriləcək yoldaşlıq görüşləri ilə başlayacaq.

Rusiya komandası oktyabrın 7-i və 10-da müvafiq olaraq Cənubi Koreya və İranla qarşılaşacaq.

Qeyd edək ki, “Ravon” 2015-ci ildən fəaliyyət göstərir və “General Motors Uzbekistan” zavodunun məhsullarının satışını həyata keçirir. Şirkətin rəhbəri Şərəf Aşurovdur.