Rusiyanın “Qazprom Neft Omsk” neft emalı zavodunda partlayış və yanğın baş verib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiyanın “İnterfaks” agentliyi zavodun mətbuat xidmətinə istinadən yazır.
Zavoddan yanğının “nəzarət altında” olduğunu bildirilib.
“Zavodun avtomatik təhlükəsizlik sistemi texnoloji avadanlıqlarda yanğını aşkar edib və yanğınsöndürmə xidməti tərəfindən yanğının lokallaşdırılması operativ şəkildə həyata keçirilib”, – deyə zavoddan bildirilib.
Eyni zamanda, internetdə neft emalı zavodunda baş verən yanğının foto və videoları yayımlanır. Bəzi Telegram kanalları yanğından əvvəl güclü partlayış olduğunu bildirib.
Qazprom Neft Omsk Neft Emalı Zavodu daxili Rusiya bazarını neft məhsulları ilə təmin edir; İstehsal gücü ildə 21,6 milyon ton neft və 1,2 milyon ton dayanıqlı qaz kondensatıdır. Müəssisədə emal dərinliyi 100%-ə çatır, yüngül neft məhsullarının məhsuldarlığı 80%-dən çoxdur. Bu, Rusiyanın ən böyük neft emalı zavodlarından biridir.