“Rusiyanın əlaltısı, Nəcməddin Sadıqov da həbs oluna bilər” — Siyasi şərh

“Rusiyanın əlaltısı, Nəcməddin Sadıqov da həbs oluna bilər” — Siyasi şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş Prezident Administrasiyasının rəhbəri, uzun illər Azərbaycan siyasətində nüfuzlu fiqur olan Ramiz Mehdiyev siyasi tarixdə yeni səhifə açıldı. Bakı Səbail Rayon Məhkəməsi 14 oktyabr 2025-ci il tarixində ona qarşı irəli sürülən cinayət ittihamları əsasında ev dustaqlığı qətimkan tədbiri seçdi.
Rusiya ilə əlaqə iddiaları Ramiz Mehdiyev ətrafında uzun illərdir dolaşırdı. Həm akademik, həm də siyasi karyerası boyu onun Moskva elmi və siyasi dairələri ilə əlaqələrinin mövcudluğu danılmaz faktdır. Amma məsələnin “toxunulmazlıq” tərəfi, yəni niyə uzun illər ona qarşı real addım atılmadı, Rusiya faktoru isə bu balansda qoruyucu qalxan rolunu oynayıb.

Onun indi həbs olunması, artıq Rusiyadan asılı olmadığımız bir vaxtda və son vaxtlar Rusiya ilə aramızda olan gərginlik səbəbindən ola bilərmi?

Hadisə ilə bağlı Tribunainfo.az-a açıqlama verən Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, təbii ki, Ramiz Mehdiyevlə bağlı verilən qərar kifayət qədər rezonans doğurdu. Açığı, təəccüb doğuran məqam da olmadı.

Siyasətçinin sözlərinə görə, onun həbsi ilə əlaqədar qərara təəccüb doğuran məqam çox oldu. Çünki indiki vaxtda, məhz 87 yaşında, uzun illərdən bəri səslənən iddiaların fonunda, indi onun barəsində belə bir qərarın verilməsi təbii ki, təəccüb doğurmaya bilməzdi.

Həbsin fonunda Rusiya ilə bağlı sorğunu cavablayan siyasətçi deyib:

“Xüsusilə də Rusiya və Azərbaycan arasında son ildə baş verən gərginliyin düzəldiyi bir zamanda, belə bir addımın atılması da təsadüf kimi qəbul olunmur. Hər iki ölkə arasında gərginlik baş verəndə Rusiyadakı nüfuzlu azərbaycanlılar da həbs edilməyə başladı: Şahin Şıxlinskinin fonunda… Bu əgər belə idisə, Ramiz Mehdiyev həmin vaxt həbs olunsa, düşünürəm ki, o qədər də rezonans doğurmazdı. Məhs indilərdə belə bir halın baş verməsi çoxsaylı suallara yol açır. R. Mehdiyevin Rusiya ilə əlaqələri yaxın keçmişə deyil, çox-çox uzaq keçmişə dayanır. Hətta, 1980-ci illərdən etibarən R. Mehdiyevin Rusiya ilə əlaqələrinin olduğu yönündə tez-tez cəmiyyətdə və ictimaiyyətdə müzakirələr daim və indi də aparılıb. Hətta bu əlaqələr vasitəsilə Azərbaycanda yüksək posta gəldiyi yönündə də iddialara az rast gəlməmişik. 24 il müddətində, bir Prezident Aparatına rəhbərlik etmiş biri sıradan bir məsələ deyil. Şəxsən onun Rusiya ilə əlaqələrinin olması yönündə tez-tez iddia və ittihamların səslənməsi zamanı bu addımlar atılsaydı, ədalət daha çox öz yerini tapardı. Hesab edirəm ki, doğru və düzgün qərar ən nəhayət atıldı. Təbii ki, bu gecikmiş bir qərardır. Xüsusilə də onun ev həbsilə haqqında cinayət işi açılması təəssüf doğuran məqamlardan biridir. Dövlətə xəyanət hər bir ölkədə ən ağır ittiham sayılır. Rusiya ilə bağlı olan faktor onun uzun illər azadlıq üzünə həsrət qoymağa imkan vermədi. Amma, artıq qocalmış bir şəxs barəsində düşünürəm ki, “onun istifadə müddəti” bitdiyi üçün belə bir addım atmaq asan oldu. İstənilən halda, gec olsa da sevindirici bir qərar oldu. Çünki R. Mehdiyevin hakimiyyətdə olduğu dönəmlərdə də necə bir dövlət məmuru olduğunu deməyə gərək yoxdur. Digərlərinə də görk olsun. Bu həbsin Rusiya ilə Azərbaycan arasında yenidən gərginliyə səbəb olacağını düşünmürəm. Rusiya artıq onunla bağlı Azərbaycan kimi strateji bir qonşu ölkə ilə münasibətləri korlamaq istəməz. Ona görə də, hesab edirəm ki, R. Mehdiyevdən sonra Rusiyanın əlaltıları olan, digər, Nəcməddin Sadıqov tipli şəxslərin də həbsi prosesi davam edə bilər. Rusiya buna da kəskin etirazını bildirə bilməz. İlham Əliyev və Putin arasındakı son görüş də bunu açıq şəkildə göstərdi. Rusiyanın Azərbaycanı itirmək istəməməsi açıq şəkildə bəyan oldu. Putin bunu ifadə etdi”.

 

Dəniz Pənahova