backend

Rusiyanın Ehtiyat Fondu tükənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Ehtiyat Fondunun 2017- ci ilin sonlarına qədər tamamilə tükənəcəyi xəbəri dünya mediasını silkələyib. 

Rusiya Federasiyasının Ehtiyat Fondunun 2017- ci ilin sonlarına qədər tamamilə tükənəcəyi xəbəri dünya mediasını silkələyib.

Bu barədə mediaya Rusiya Federasiyasının Maliyyə Naziri Anton Siluanov məlumat verib. 

Onun səmimi etirafı rusiyalıları şoka salıb.

Anton Siluanovun sözlərinə görə, Rusiyada iki fond fəaliyyət göstərir – Ehtiyyat Fondu və Rifah Fondu : “Ehtiyat fondunda pul bitdikdən sonra Milli Rifah Fondundan bura pul transferi gözlənilir. Rusiyada bu çatışmazlığın qarşısını almaq üçün başqa resurs yoxdur.”

Rusiya Maliyyə Nazirliyinin başçısı həmçinin onu da qeyd edib ki, 2017-ci ildə büdcəyə dəyən 117 milyard rubl zərər keçirilən uğursuz özəlləşdirmə prosedurları ilə əlaqəlidir.

Anton Siluanov 2018-ci ildə Ehtiyat Fondunun yenidən bərpa olunacağına dair söz verib./Publika.az