Burada məhkumlara işıqlar sönənə qədər yüksək səslə danışmaq, siqaret çəkmək, çarpayılarında oturmaq və ya uzanmaq da qadağandır
Rusiyada 650-dən çox ümumi və ciddi rejimli cəzaçəkmə müəssisəsi var. Ancaq ən qatı cinayətkarların saxlandığı və oradan çıxmaq demək olar ki, mümkün olmayan bir neçə “əfsanəvi” həbsxana var. Musavat.com bu həbsxanalar haqda məlumatları təqdim edir.
Rusiyada 650-dən çox ümumi və ciddi rejimli cəzaçəkmə müəssisəsi var. Ancaq ən qatı cinayətkarların saxlandığı və oradan çıxmaq demək olar ki, mümkün olmayan bir neçə “əfsanəvi” həbsxana var. Musavat.com bu həbsxanalar haqda məlumatları təqdim edir.
Dustağın ad verdiyi həbsxana – “Qara delfin”
Rusiya ərazisində ən məşhur həbsxanalardan biri “Qara delfin”dir. Orenburq vilayətinin Sol-İletsk şəhərində yerləşən həbsxanana qeyri-rəsmi adını üç zorlama və iki qətlə görə ömürlük həbs cəzası alan Vladimir Kristopanın yaratdığı qara delfin heykəli sayəsində alıb.
Həbsxananın ciddi rejim cədvəli var. Məhkumların gəzintiləri otaqların birində keçirilir, çünki onları bayıra buraxmaq olmaz. Kameralardakı işıq gündə iki dəfə qısa müddətə yandırılır ki, məhbuslar, məsələn, təraş edə bilsinlər.
“Qara delfin” ömürlük həbsə məhkum edilmiş cinayətkarların göndərildiyi yerdir. Məsələn, özünü “Çikatilonun tələbəsi” adlandıran manyak Vladimir Muxankin burada cəza çəkir. 1995-ci ildə iki ay ərzində səkkiz nəfəri öldürən Muxankin son qurbanlarından birini parçalayıb, sonra cəsədin hissələrini dəmiryol relslərinin üzərinə qoyub və onların yanında uzanıb.
90-cı illərin əvvəllərində altı nəfəri öldürən adamyeyən Aleksandr Masliç də burada saxlanılır. Əvvəllər o, Rubtsovsk koloniyasında saxlanılıb, amma kamera yoldaşını öldürdükdən sonra “Qara delfin”ə köçürülüb.
Burada ən gənc məhbus 2021-ci ildə Kazan şəhər 175 saylı gimnaziyada terror aktı törətmiş 19 yaşlı İlnaz Qalyaviyevdir . O, sinif otaqlarından birində uşaqları güllələyib, sonra isə partlayıcı qurğunu işə salıb. Nəticədə 9 nəfər ölüb, daha 23 nəfər yaralanıb.
Xabarovsk diyarındakı “Qar dənəciyi”
Ən məşhur Uzaq Şərq həbsxanası Xabarovsk diyarının Amur vilayətində yerləşən “Snejinka”dır. “Qar dənəciyi” xüsusi rejimli cəzaçəkmə koloniyası hesab olunur. Həbsaxana korpuslarının düzülüşü qar dənəciyini xatırladır və adını da buradan alıb. Rusiyanın ən müasir və texnoloji cəhətdən inkişaf etmiş həbsxanasıdır. Koloniyanın bütün binalarında yüzlərlə müşahidə kamerası və hərəkət sensoru yerləşdirilib. Təhlükəsizlik baxımından həbsxana ərazisində işıqlandırma sutkada 24 saat açıqdır.
Burada da ömürlük həbs cəzası almış cinayətkarlar saxlanılır. 2018-ci ildə sökülən “Qara Berkut”da cəza çəkən məhbuslar buraya köçürülüb. “Snejinka”nın tanınmış məhbusları arasında Domodedovo hava limanında terror aktının təşkilatçılarından biri İslam Yandiyev də var. Həmin teror aktı zamanı 37 nəfər həlak olub, daha 172 nəfər yaralanıb. Burada cəza çəkənlər arasında Stanislav və İqor Tişşenkolar da var. Ata və onun oğlu 1996-cı ildə mübahisə zamanı “qanuni oğru” Nikolay Akbaşev də daxil olmaqla beş nəfəri güllələyiblər.
“Qütb bayquşu”
Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndində, ərazidəki müvafiq heykəllərə görə “Qütb bayquşu” da adlandırılan həbsxana da sərt rejimi ilə seçşilir. Məhkumlar sutkada təxminən 22 saat öz kameralarında qalırlar və praktiki olaraq heç vaxt çölə buraxılmırlar.
48 qətl və üç adam öldürməyə cəhdə suçlanan manyak Aleksandr Piçuşkin burada ömürlük həbs cəzasını çəkir. Koloniyada həmçinin Beslan məktəbində törədilən terror aktının iştirakçısı Nurpaşa Kulayev var. Həmin terror zamanı 334 nəfər, o cümlədən 186 uşaq həlak olub. “Qütb bayquşu”nda Moskva mütəşəkkil cinayətkar qrupunun lideri Sergey Butorin də var. Onun əmri ilə insanlar tikə-tikə doğranıb.
Oqnenni adasındakı “Voloqda Pyatak”
Voloqda bölgəsindəki Oqnenni adasındakı gölün ortasındakı həbsxana “Voloqda Pyatak” adlandırırlar. Burada məhbuslar keçmiş Kirillo-Novoezerski monastırının divarları arasında saxlanılır. Bu, Rusiyada ömürlük məhbuslar üçün ilk koloniyadır. Yerləşdiyi yerə görə “Voloqda Pyatak” xarici dünya ilə tamamilə əlaqəsi kəsilib. Orada saxlanma şəraiti çox sərtdir. Gün ərzində cinayətkarlara, hətta kameralarında olsalar da, çarpayıda uzanmağa icazə verilmir. Yalnız yerə bərkidilmiş stulda otura bilərlər.
Həbsxanada Artyom Anufriev və Nikita Litkin saxlanılır, onları “molotçniklər” adlandırırlar. 2010-2011-ci illər arasında onlar İrkutsk şəhərinin 13 sakini çəkic ilə döyüb öldürərək videoya çəkiblər. Şəxsi evinin həyətində 9 nəfəri öldürərək basdıran Perm “adamyeyəni” Aleksandr Bıçkovda burada cəza çəkir.
Perm diyarındakı “Ağ qu quşu”
“Ağ qu quşu” kimi tanınan digər məşhur koloniya Perm vilayətinin Solikamsk şəhərində yerləşir. Həbsxana ərazisində kilsə var və keşişlər müntəzəm olaraq oraya gəlir. Mərasimlərdə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməyən məhkumlar iştirak edə bilərlər. “Ağ qu quşu”nun kameraları çox kiçikdir – adətən üç məhbus 10 kvadratmetr ərazidə yaşayır. Məhkumlara işıqlar sönənə qədər yüksək səslə danışmaq, siqaret çəkmək, çarpayılarında oturmaq və ya uzanmaq qadağandır. Terrorçu Adam Dekkuşev bu koloniyada ömürlük həbs cəzası çəkir. 1999-cu ildə Moskva və Volqodonskda bir neçə yaşayış binasını partladıb ki, nəticədə 243 nəfər ölüb.