Bir neçə gündür Rusiya mediası və sosial şəbəkələrində Soçidə gənc qızın oğlanla dəniz sahilində gəzintisi zamanı fırtına baş verdiyindən dalğaların onu apardığını əks etdirən görüntülər yayılıb. Görüntülərdə 20 yaşlı qızın hündür dalğalar arasında sürətlə itdiyini görmək mümkündür.
Tribunainfo.az xəbər verir ki, bu gün isə Rusiya Fövqəladə Hallar Nazirliyinin teleqram kanalında Qara dənizdə batan qızın cəsədinin tapılması barədə məlumat yayılıb.
Bildirilib ki, onun meyiti Qara dənizdə aşkar edilib və kimliyi müəyyənləşdirilir.
Gənc qızın bacısının sözlərinə görə, hadisə baş verən gün yaxınlıqda çox insan olsa da, heç kəs ona kömək etməyib.
.