Ukrayna ilə müharibə fonunda Rusiya ordusu daha bir “Ka-52” tipli zərbə helikopterini itirib.
Məlumatı rusiyanın hərbi bloqu “Fighterbomber” yayıb.
Qeyd olunub ki, hücum nəticəsində helikopterin ekipaj üzvləri həlak olublar.
Hadisə barədə əlavə detallar hələlik açıqlanmayıb.
Ukrayna Silahlı Qüvvələri isə bu hadisə ilə bağlı hələ rəsmi məlumat paylaşmayıb.
Qeyd edək ki, bundan əvvəl Ukrayna ordusu iki “Ka-52” helikopterini məhv etdiyini bildirmişdi.










