“RUSİYANIN CƏNUBİ QAFQAZDA CİDDİ MARAQLARI VAR” – LAVROV MİRZOYANLA GÖRÜŞDƏ – VİDEObackend

“RUSİYANIN CƏNUBİ QAFQAZDA CİDDİ MARAQLARI VAR” – LAVROV MİRZOYANLA GÖRÜŞDƏ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı nazirin sözlərinə görə, Qarabağla bağlı üçtərəfli sazişlər çox vacibdir.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Sergey Lavrov Moskvada erməni həmkarı Ararat Mirzoyanla görüşündə deyib ki, Rusiyanın Cənubi Qafqaz regionunda ciddi maraqları var və tarixi rol oynayır.

Nazirin sözlərinə görə, Moskva regionda sülh və sabitliyin yekun bərqərar olmasına töhfə verməyə hazırdır. O qeyd edib ki, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin imzaladığı üçtərəfli bəyanatların rolu çox böyükdür. Bu sazişlər həm sülh müqaviləsi, həm də bütün yolların bağlanması, sərhədin delimitasiyası və sonradan demarkasiya ilə bağlı bütün məsələlər üzrə bütün həll yollarının tapılmasında həlledici əhəmiyyətə malik olmalıdır.

“Hesab edirəm ki, bütün bu sahələrdə irəliləyiş Cənubi Qafqazda sülhə nail olmaq üçün əsas şərtdir. Rusiya bu regionda tarixi rol oynayıb və ən ciddi maraqları var. Əminəm ki, müttəfiqlərimiz bunu başa düşür”, – nazir bildirib.