“RUSİYANIN CƏNUBİ QAFQAZ SİYASƏTİNİ AZƏRBAYCAN NEYTRALLAŞDIRIB…” – EKSPERTbackend

“RUSİYANIN CƏNUBİ QAFQAZ SİYASƏTİNİ AZƏRBAYCAN NEYTRALLAŞDIRIB…” – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada keçirilən üçtərəfli görüşdə yalnız kommunikasiyaların açılması istiqamətində birgə komissiyanın iclasının keçirilməsi razılaşdırıldı. Moskvada iki məsələ barədə sənəd imzalanması deyilirdi. Amma, heç bir sənəd və bəyannamə qəbul edilmədi.Tribunainfo.az yazır ki, bu sözləri siyasi şərhçi Məhəmməd Əsədullazadə dünən Moskvada baş tutan görüş barədə danışarkən deyib. O bildirib ki, N.Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanınmasından sonra, Moskva görüşündə Kremlin təklif edəcəyi hər hansı bir təklif qəbul edilməyəcəkdi:

“Rusiya Qarabağı Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü kimi qəbul etməsini gözləmirdi. Ona görə də Moskva görüşü nəticəsiz oldu. Bu, Azərbaycanın maraqlarına xidmət etməklə yanaşı, Brüssel formatının uğurlu olacağını göstərir. Rusiyanın Cənubi Qafqaz siyasətini Azərbaycan neytrallaşdıra bilib. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına da nail olacaq”.