Rusiyada yaşayan diaspor təşkilatlarımızı Azərbaycana olan təxribatlara qarşı fəal olmağa dəvət edirik.
Rusiyada yaşayan diaspor təşkilatlarımızı Azərbaycana olan təxribatlara qarşı fəal olmağa dəvət edirik.
TİA.AZ xəbər verir ki, ki bu sözləri millət vəkili Qənirə Paşayeva Soçidə KVN-2017 Şən və Hazırcavablar Klubunun 28-ci beynəlxalq festivalında Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata münasibət bildirərkən deyib. Deputat qeyd edib ki, Aleksandr Maslyakovun festivalda çıxış etmək üçün Qarabağdan olan komandanı dəvət etməsi ölkəmiz üçün gözlənilməz olub:
“Eyni zamanda, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separat rejimi təmsil edən “Çörək və duz ilə” adlı komanda da iştirak edir. İnformasiyanın təsdiqi üçün “Sputnik Azərbaycan” AMİK televiziya birliyinə müraciət etdikdə qeyd ediblər ki, əgər Qarabağdan olan komandanın adı iştirakçıların siyahısında varsa, o zaman bu komanda dəqiq iştirak edir. Əgər bu informasiyalar doğrudursa, təcili olaraq ölkəmizin rəsmi qurumları səviyyəsində Rusiya tərəfinə etiraz ünvanlanmalıdır. Mədəniyyət və Turizm Nazirliyi bu təxribatın qarşısını almaq və Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarındakı separatçı rejimi təmsil edən komandanın festivaldan uzaqlaşdırılması üçün addımlar atmalı, əks halda Azərbaycan komandasının etiraz bəyanatı ilə festivaldan çıxacağını bəyan etməlidir. Əgər separatçı rejimi təmsil edən komanda festivaldan uzaqlaşdırılmasa, Azərbaycan komandası etiraz bəyanatı verərək yarışmanı tərk etməlidir”.
Millət vəkili bildirib ki, bu hadisə birbaşa təxibat, Azərbaycan ərazi bütövlüyünə qarşı sayğısızlıqdır:
“Buna ciddi etiraz edir, baş verən təxribatı kəskin pisləyir, qınayırıq. Rusiyada yaşayan diaspor təşkilatlarımıza müraciət edərək onları bu təxribatın qarşısının alınmasında fəal olmağa, Rusiyanın müvafiq qurumlarına müraciətlər göndərməyə çağırırıq. Çünki bu cür təxribatlar Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiyanın bu münaqişənin tənzimlənməsində obyektiv rol oynaya biləcəyini bir daha şübhə altına alır, rəsmi Moskvanın vasitəçilik missiyasına da ziddir. Azərbaycanın ərazi bütövlüyü Rusiya da daxil olmaqla bütün dünya ölkələri, beynəlxalq təşkilatlar tərəfindən tanınmışdır və separatçı rejimin təmsil edən komandanın belə bir festivala dəvət edilməsi yol verilməzdir”.
Hər kəs AMİK şirkətinə etirazını bildirsin:
ТТОАМИК:
Тelefon: +7 (495) 966-34-35, (495) 644-61-91, (495) 644-61-59
E-mail: [email protected], [email protected]