Orenburq vilayətinin Novotroitsk şəhərində su bəndi aşıb, şəhərdə təxliyə başlayıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə regionun qubernatoru Denis Pasler öz Telegram kanalında məlumat verib.
Rəsminin sözlərinə görə, artıq xüsusi texnika hadisə yerindədir və işçilər bəndi doldurmağa başlayıblar.
“Şəhər hakimiyyəti sakinləri Sevastopolskaya küçəsindən təxliyə edir. Müvəqqəti yaşayış məntəqələri hazırlanıb”, – Pasler öz bloqunda yazıb. O əlavə edib ki, şəhərdəki vəziyyət hakimiyyətin nəzarətindədir.
Aprelin 5-də Orenburq vilayətinin Orsk şəhərində Ural çayı üzərindəki bənd dağılıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov vəziyyəti kritik adlandırıb. Ural çayında qoruyucu tikililərin dağıdılması nəticəsində minlərlə ev və torpaq sahələri su altında qalıb.