Yanvarın 10-da ABŞ-nin yeni sanksiyalar tətbiq etməsindən sonra üç böyük Rusiya gəmisi Çində sahilə yan ala və yükünü boşalda bilmir.
Tribunainfo.az xəbər verir ki, “Bloomberg”-in məlumatına görə, ABŞ-nin yeni sanksiyalarının elan edilməsindən sonra iki milyon barreldən çox Rusiya nefti daşıyan üç tanker Çinin şərqindəki sularda ilişib qalıb.
Xəbərdə qeyd olunur ki, “Huihai Pacific” tankeri bu ayın əvvəlində Rusiyanın Sakit okeandakı Kozmino limanından təxminən 770 000 barrel ESPO xam neftini yüklədikdən sonra yanvarın 15-də Şandunq əyalətinin Dongjiakou şəhərinə çatmalı idi. Lakin həftə sonu tanker istiqamətini dəyişib və yükü ilə birlikdə dənizdə dayanıb.“Mermar” gəmisi yanvarın 5-də 755.000 barreldən çox ESPO ilə Kozminodan ayrılıb və bu həftə Yantaidə limana yan almalı idi, lakin indi sahildə gözləyir. “Olia” gəmisi yanvarın 7-də təxminən 709 min barrel xam neftlə Rusiya limanını tərk edib və Yantaiyə yönəlib, lakin hazırda Sarı dənizdədir.
Xatırladaq ki, bir gün əvvəl ABŞ Rusiya neftinə və Rusiyanın “kölgə donanmasına” qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib. Çin də buna görə, Rusiyanın “kölgə tankerləri”ni öz limanlarında qadağan edib.