backend

“Rusiyanın bizimlə bağlı qərarı iki xalqın münasibətlərinə zərbə vura bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümumrusiya Azərbaycanlıları Konqresi barədə qəbul ediləcək qərar sadəcə bir təşkilatın ləğv edilməsi deyil, bir icmanın hüquqlarının tapdalanmasıdır. Bu həm də xalqa, icmaya qarşı hörmətsizlikdir”. 

“Ümumrusiya Azərbaycanlıları Konqresi barədə qəbul ediləcək qərar sadəcə bir təşkilatın ləğv edilməsi deyil, bir icmanın hüquqlarının tapdalanmasıdır. Bu həm də xalqa, icmaya qarşı hörmətsizlikdir”.

Bunu Publika.az-a açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni mayın 15-də Rusiya Ədliyyə Nazirliyi tərəfindən qaldırılmış iddia əsasında keçirilən məhkəmə prosesində Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv ediləcəyinə məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ümumrusiya Azərbaycanlıları Konqresi yarandığı gündən iki xalq arasında münasibətlərin, Rusiyada Azərbaycan diasporunun və Azərbaycan icmasının inkişafında mütəsna xidmətlər göstərib.

“2000-ci ildə Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya prezidentliyinə namizəd Vladimr Putinin namizədliyini dəstəkləyib. Konqresin ləğv olunması məsələsi heç bir əsas olmadan gündəmə gəlib. Bu qərarın qəbul edilməsi Rusiyada yaşayan azərbaycanlılar və digər azsaylı xalqlara qarşı etinasızlıq, hörmətsizlik əlamətidir. Bu təşkilatın ləğv edilməsi hüquqi baxımdan da yolverilməzdir, Rusiya Federasiyasının konstitutisiyasının, beynəlxalq hüququn tapdalanması deməkdir. Çünki bir təşkilatın ləğv edilməsi üçün ciddi əsaslar olmalıdır. Lakin hazırda belə bir əsas görünmür. Əgər belə bir əsas varsa, onu təqdim etsinlər. Hər hansı əsas olsa belə, bu zaman təşkilatın ləğv edilməsi deyil, xəbərdarlıq edilməsi gündəmə gələ bilər”.

R.Zeyni iki ölkə arasında siyasi, mədəni, iqtisadi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi vaxtda ancaq və ancaq bu münasibətlərə zərbə vurmaq istəyən qüvvələrin belə bir təklif irəli sürə biləcəklərini deyib:

“Bu qüvvələr Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmağa çalışırlar. 680 təşkilatı özündə birləşdirən Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Forumu olaraq, biz Azərbaycan ictimaiyyətinin də mövqeyindən çıxış edirik. Bildiririk ki, ictimaiyyət bu qərarı qəbul etmir. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi texniki deyil, hüquqi, mənəvi və siyasi məsələdir. Belə bir təşkilatın ləğv edilməsi iki xalqın münasibətlərinə zərbə vura bilər. İnanıram ki, həm Rusiya Federasiyası Ədliyyə Nazirliyi, həm də əlaqədar qurumlar bu həssas məsələni çox ciddi düşünəcəklər. Verilən qərar qanun çərçivəsində olmalı, iki xalqın arasını vurmamalıdır. Bu mənada Rusiyanın aidiyyatı qurumları ciddi düşünməli və qərar verərkən bu məqamları nəzərə almalıdır”.