backend

“Rusiyanın Azərbaycana olan basqıları Bakıya NATO ilə …”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlər Rusiyanın Azərbaycana olan basqıları Bakıya NATO ilə əməkdaşlığı genişləndirməkdən başqa alternativ qoymur. 

 

Son dövrlər Rusiyanın Azərbaycana olan basqıları Bakıya NATO ilə əməkdaşlığı genişləndirməkdən başqa alternativ qoymur.

 

Bunu TİA.AZa açıqlamasında Atlas araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, son dövrlərdə Moskvanın Azərbaycana qarşı təzyiq, təqib siyasəti demək olaraq mütəmadi hal alıb:

 “Son bir neçə ayda o həftə olmasın ki, Kremlin Azərbaycanın milli maraqlarına zidd, eyni zamanda ölkəmizin suveren hüquqlarını kölgə altına alan və yaxud da hansısa formada ironik, aşağılayıcı hərəkətinin şahidi olmayaq”.

Politoloq bildirib ki, Rusiyanın davamlı olaraq Azərbaycan əleyhinə addımlar atması davam edir və bundan sonra da hansı hərəkətlər olacaqsa, kimsə buna zəmanət verə bilməz:

 “Moskvanın Azərbaycana qarşı belə xoşagəlməz hallarına bundan sonra da rast gələcəyimiz artıq bizə təəccüblü görünmür. Gəlin, elə son dövrlərin hadisələrinə nəzər salaq. Rusiyada ən böyük diaspor təşkilatımızın taleyi tükdən asılı vəziyyətdədir, hər an Rusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv edə bilərlər. 9 mayda Moskvada parad keçirilir və meydanda Dağlıq Qarabağın “bayraqları” dalğalanır. Moskva polisi bu təxribatın qarşısını almaq əvəzinə buna etiraz edən azərbaycanlıları yürüşdən uzaqlaşdırır. Rusiya Ermənistandakı hərbi bazasını genişləndirməyə qərar verib. Sual olunur kimə qarşı? Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı Andranik Makaryan bildirib ki, Ermənistan-Rusiya birgə qoşun qruplaşması Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi halında ləngimədən tətbiq edilə bilər.

Bəs Rusiya rəsmiləri deyirdilər, birgə hərbi qruplaşma yalnız Ermənistanın təhlükəsizliyinə cavabdeh olacaq. Belədirsə, Rusiya rəsmilərindən və XİN-dən niyə kimsə erməni generalın açıqlamasına münasibət bildirmir? Demək, elə erməni generalın dediyi kimidir”.

Politoloq onu da bildirib ki, hələ o, Rusiya XİN rəsmilərinin Azərbaycan və azərbaycanlılar haqqında səsləndirdiyi fikirləri, digər hadisələri dilə gətirmir. E.Şahinoğlunun fikrincə, Azərbaycan Gürcüstan və Ukrayna kimi NATO-ya üzvlük hədəfini illərdir ona görə dilə gətirmirik ki, birdən Rusiyanın xətrinə dəyərik: “Moskva isə necə lazımdır Azərbaycanın xətrinə dəyir, biz isə susuruq. Moskva bu cür anti-Azərbaycan siyasəti ilə bizə birincisi, Türkiyənin Naxçıvanda hərbi bazasının formalaşdırılmaq, ikincisi isə NATO ilə əməkdaşlığı genişləndirməkdən başqa alternativ qoymur”.

İlahə