Ukrayna ordusu bu gecə Rusiyanın Voronej, Kursk və Nijni Novqorod vilayətlərindəki dörd aerodromuna hücum edib. Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumatda deyilir ki, xüsusilə “Xalino”, “Savasleyka”, “Borisoqlebsk” və “Baltimor” hərbi aerodromlarına hücumlar edilib və onların hamısı məhv olunub.
Baş Qərargah bildirib ki, həmin aerodromlarda Rusiyanın ordu aviasiyası, Su-34 qırıcı-bombardmançı, Su-35 qırıcıları və digər hərbi təyyarələri yerləşdirilib. Bundan başqa, orada Rusiyanın əsas yanacaq-sürtkü materialları və aviasiya silahlarının anbarları olub.