Ukrayna ordusu Rusiyanın Xarkovdakı 20-ci Ordusunun darmadağın edilməsi planını icra etmək üçün hücuma başlayıb. Tribunainfo.az xəbər verir ki, hücumu əsasən III Əlahiddə Hücum Briqadası həyata keçirir.
Briqadanın komandiri Aleksandar Biletin bildirib ki, qısa zaman içində ilk məqsədlərinə çatıblar. O deyib ki, Rusiyanın 20-*ci ordusunun Xarkov vilayətindəki əsas qüvvələri darmadağın edilib. “Bu. Kurskda həyata keçirilən əməliyyatla qətiyyən bağlı deyil. Məqsəd Ukrayna ərazisinə soxulmuş işğalçı rus ordusunu darmadağın etməkdir. Artıq məqsədimizə çatmışıq”.
Biletin onu da bildirib ki, onlar gözlədiklərindən daha çox qüvvə ilə qarşılaşıblar. “Biz zənn edirdik ki, Kurskdakı əməliyyatlardan dolayı ruslar qüvvələrinin bir hissəsini ora yönəldəcəklər. Lakin məlum oldu ki, onların çoxlu qüvvələri hələ də Xarkovda qalır. Onlar yüz nəfərlik “ət paket”lərini üzərimizə göndərməkdən də çəkinmədilər”.
Briqada komandiri təsfsilatları açıqlaya bilməyəcəyini də qeyd edib. “Tam detalları açıqlaya bilməyəcəm. Lakin Xarkov vilayətindəki Rusiyanın 20-ci ordusunun nəfəsini kəsmişik. Qısa müddətdə 2 km irəliləmişik.Bizim bir əsgərimizə qarşı 2.5 rus əsgəri döyüşsə də, istədiyiməz çatdıq”.