RUSİYANI XOŞAGƏLMƏZ SÜRPRİZLƏR GÖZLƏYİR – ZELENSKİbackend

RUSİYANI XOŞAGƏLMƏZ SÜRPRİZLƏR GÖZLƏYİR – ZELENSKİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ordunun hələ də müttəfiqlərimizin vəd etdiyi yardıma ehtiyacı olduğu üçün Ukraynaya Rusiya qüvvələrinə qarşı əks hücuma keçmək üçün daha çox vaxt lazımdır”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski BBC-yə müsahibəsində bildirib.

O qeyd edib ki, Ukrayna hərbçiləri onsuz da əldə etdikləri ilə irəli gedə və uğur qazana bilər.
“Ancaq çox insan itirərdik. Məncə, bu yolverilməzdir… Ona görə də gözləmək lazımdır. Hələ bir az vaxta ehtiyacımız var”, – deyə Zelenski bildirib.

Eyni zamanda Ukrayna lideri bildirib ki, Rusiyanı xoşagəlməz sürprizlər gözləyir.