Rusiyanın şəhərlərində bu və ya digər binaya, obyektdə bomba qoyulduğu barədə üç gündür davam edən kütləvi xəbərdarlıqlar Moskvaya da çatıb.
Rusiyanın şəhərlərində bu və ya digər binaya, obyektdə bomba qoyulduğu barədə üç gündür davam edən kütləvi xəbərdarlıqlar Moskvaya da çatıb.
Virtualaz.org xəbər verir ki, bu gün Moskvada iri ticarət mərkəzləri, vağzallar və bir sıra universitetlər kütləvi şəkildə partlayış təhlükəsi barədə informasiyalar alıblar. Belə xəbərdarlıqlar “Metropolis” ticarət mərkəzinə, Kiyev və Kursk vağzallarına, azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin “Yevropeyski” ticarət mərkəzinə , “Şeremetyevo” aeroportuna və digər obyektlərə daxil olub. Həmin obyektlərdən on minlərlə adam evakuasiya edilib.
Bundan əvvəl Rusiyanın regionlarında terror xəbərdarlığı haqda məlumatların daxil olması kütləvi evakuasiyalarla nəticələnmişdi. Hələlik hakimiyyət orqanları terror xəbərdarlıqlarının bu cür kütləvi xarakter almasını şərh etmir. İnformasiya təhlükəsizliyi üzrə ekspert Andrey Masaloviç “Moskovskiy komsomolets”ə bildirib ki, görünür söhbət ölkədə vəziyyəti qarışdırmağa yönəlmiş kütləvi haker hücumundan gedir. Onun fikrincə bu cür kiberhücumlar gələn ilki prezident seçkilərinə doğru daha da güclənəcək.