SSRİ dağıldıqdan sonra Rusiya əhalisinin kəskin şəkildə azalmasının qarşısını ölkəyə müsəlman miqrantlarının axını alıb.
Moderator.az bu haqda Rusiya mediasına istinadla yazır.
Müsəlman ölkələrindən miqrantların axını hesabına Rusiya əhalisi 2036-cı ildək 154 milyon nəfər ola bilər.

Rusiya Əmək Nazirliyinin məlumatında deyilir ki, ötən əsrin 1990-cı illərində Rusiyada artım kəskin şəkildə azalıb, ölənlərin sayı doğulanların sayını əhəmiyyətli dərəcədə ötüb. İl ərzində əhalinin orta hesabla bir milyona qədər azaldığı ölkədə 1990-cı illərin ortalarından Azərbaycan, Qazaxıstan və Orta Asiya ölkələrindən güclənən müsəlman miqrant axını bu demoqrafik böhranın qarşısını xeyli ala bilib. Miqrantların rus qadınlarla ailə quraraq Rusiyada davamlı şəkildə yaşaması doğumun artmasına səbəb olub. Ekspertlər hesab edirlər ki, bundan sonra da yalnız miqrantları cəlb etməklə Rusiyanı demoqrafik böhrandan xilas etmək olar.