Rusiyanı aşağılamadan qoşunlarını çıxardıq – Analitikbackend

Rusiyanı aşağılamadan qoşunlarını çıxardıq – Analitik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu Qarabağı tamamilə tərk edib. Bu, möhtəşəm hadisədir. Alqışa layiqdir. Səssiz-küysüz, ən önəmlisi isə Rusiyanı aşağılamadan Rusiya qoşunlarını Qarabağdan çıxarmaq böyük siyasi məharətdir. Biz onu da unutmamalıyıq ki, Rusiyada 3 milyona yaxın soydaşımız yaşayır. Nikol Paşinyan kimi Rusiyaya qarşı sərsəm və məsuliyyətsiz çıxışlar etmək də bizə lazım deyil. Ən azı 3 milyon soydaşımıza görə bunu etməməliyik. Onları təhlükə altına atmaq olmaz. İşi asta-usta görmək daha faydalıdır. İlham Əliyevin dili də var, dilçəyi də. Deyir də, edir də.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli çıxış edib. O bildirib ki, bu işin içində Türkiyə də var və olmalıdır da:

“Azərbaycanla Türkiyənin taleyi iç-içədir. Düşünün ki, bütün türk xalqları bir bayrağın altında olsa, nələr olacaq. “XXI əsr türk əsri olacaq” deyənlər boşuna deməyib ki…

Rusiya qoşunlarının Qarabağdan çıxması Azərbaycanın beynəlxalq nüfuzunu ciddi şəkildə artıracaq. Bizimlə hesablaşanların sayı da çoxalacaq. O cümlədən Qərb də bu amili nəzərə alacaq. Yeri gəlmişkən, Rusiya qoşunlarının Azərbaycandan çıxarılması Qərbin ən böyük arzusu idi”.

Nigar