Rusiyalıları nə narahat edir?

Rusiyalıları nə narahat edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Levada” sosioloji mərkəzi ölkədə əhalini hansı problemlərin narahat etdiyini öyrənmək üçün sorğu keçirib.

Novator.az-ın məlumatına görə, sorğu bu il yanvarın 19-23-də ölkənin 48 bölgəsinin 137 yaşayış məntəqəsində aparılıb. Sorğuda yaşı 18-dən yuxarı olan 1600 adam iştirak edib.

Respondentlərin 63%-i qiymət artımından, 47%-i yoxsulluqdan, 40%-i işsizlikdən, 38%-i korrupsiya və rüşvətxorluqdan, 35%-i iqtisadi böhrandan, sənaye və kənd təsərrüfatındakı acınacaqlı durumdan narahat olduğunu bildirib.

Sorğu iştirakçılarının üçdə biri varlılarla yoxsullar arasında kəskin fərqdən, gəlirlərin ədalətsiz bölgüsündən narahatlığını ifadə edib.

Respondentlərin 26%-i səhiyyə xidmətinin bir çox növünə əli çatmadığından gileylənib.