Rusiyalı nazir Ukrayna ilə müharibədə ağır yaralanıb

Rusiyalı nazir Ukrayna ilə müharibədə ağır yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Yakutiya vilayətinin gənclər və sosial kommunikasiyalar naziri Pyotr Şamayev Ukrayna ilə müharibədə ağır yaralanıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə vilayətin hökumət rəhbəri Kirill Bıçkov “Teleqram” kanalında yazıb.

Bununla belə, K. Bıçkov yaralı nazirin vəziyyətini açıqlamayıb.

Qeyd edək ki, fevralın 2-də ötən ilin avqustundan Kurskdakı döyüşlərdə iştirak edən Primorsk diyarının vitse-qubernatoru Sergey Yefremov avtomobilinin minaya düşməsi nəticəsində həlak olub.