Oleq Deripaska Qarabağdakı ermənilər üçün qaynar xətt açır. Tribunainfo.az xəbər verir ki, bu barədə “Россия сегодня” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan “Facebook” səhifəsində yazıb.
“Qarabağda çətin humanitar vəziyyətlə əlaqədar RUSAL işçi qaynar xətti açır.
Şirkət Rusiyadakı sənaye müəssisələrində ixtisaslı miqrantların daşınması, uyğunlaşması və işlə təmin olunmasına dəstək verməyə hazırdır”, – “Armenian Nation” qəzetinin redaktoru əlavə edib.
Qeyd edək ki, Deripaska rusiyalı sahibkar, milyarder, Rusiyanın “Rusal” alüminium şirkətinin rəhbəridir.