Rusiyalı iş adamı müharibə ilə bağlı proqnozunu açıqladıbackend

Rusiyalı iş adamı müharibə ilə bağlı proqnozunu açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı iş adamı Oleq Deripaska öz Telegram kanalında mayın 25-dən əvvəl Ukraynada sülhün bərqərar olmasını gözləməyə ehtiyac olmadığını açıqlayıb.

Tribunainfo.az-ın məlumatına görə, iş adamı bildirib ki, Davosda Dünya İqtisadi Forumu öz işinə başlayır və təşkilatçıların fikrincə, əsas mövzular Yaxın Şərq və Ukraynada sülhə dair danışıqlar olacaq.

“Deripaska ABŞ-ın forumda ən yüksək səviyyədə təmsil olunacağını vurğulayıb. Dövlət katibi Entoni Blinken və milli təhlükəsizlik müşaviri Ceyk Sallivan iştirak edəcək”.

Eyni zamanda milyarder təəssüfləndiyini bildirib ki, Ukraynadakı vəziyyətlə bağlı konstruktiv söhbət olmayacaq, çünki Rusiya nümayəndə heyəti olmayacaq.

“Baxmayaraq ki, biz mayın 25-nə qədər sülhü gözləmək məcburiyyətində qalmayacağıq. Qəzza zolağındakı münaqişə də gündəmdədir. Onun həlli ABŞ tərəfindən BƏƏ, Qətər və İsraillə birlikdə müzakirə olunacaq”, – o qeyd edib