Rusiyalı hərbi cani məhv edildi – Moskva Ukrayna kəşfiyyatından şübhələnir- FOTO

Rusiyalı hərbi cani məhv edildi – Moskva Ukrayna kəşfiyyatından şübhələnir- FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Krasnodar şəhərinin mərkəzində Ukraynaya qarşı hərbi cinayətlər törətmiş rus zabitlərindən biri qətlə yetirilib. 

“AzPolitika.info” Rusiya və Ukrayna mətbuatına istinadla xəbər verir ki, dünən səhər saatlarında Rusiyanın Qara dənizdəki “Krasnodar” sualtı qayığının komandiri olmuş polkovnik rütbəli Stanislav Rjitski odlu silahdan açılan atəşlə məhv edilib.

Onun adı Ukraynaya qarşı hərbi cinayətlər törətmiş şəxslərin siyahısındadır. Belə ki, məhz onun kapitanı olduğu sualtı qayıqdan Ukraynanın dinc şəhərləri bombalanıb. Konkret olaraq, “Krasnodar” sualtı qayığından Vinnitsa şəhərinə “Kalibr” raketlərilə endirilən zərbələr nəticəsində bir ana və uşaq olmaqla, xeyli sayda dinc sakin həlak olmuş və yaralanmışdı.

Rusiya mətbuatı yazır ki, Rjitskinin qətli sifariş xarakterlidir və hüquq-mühafizə orqanları Ukrayna kəşfiyyatından şübhələnir.

Qeyd olunur ki, qətl peşəkar şəkildə həyata keçirilib. Belə ki, səhərlər qaçışa çıxan Rjitski xeyli vaxt izlənilib. Nəhayət, ötən gün Krasnodarın mərkəzi küçələrindən birində qaçarkən qətlə yetirilib. Həmin küçə mərkəzdə yerləşsə də, məhz qətlin törədildiyi hissədə heç bir kamera olmayıb. Ona görə də qatili müəyyən etmək və tapmaq çox çətin olacaq.