Rusiyalı general: “Qarabağda vəziyyət müharibə ərəfəsindədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dağlıq Qarabağ münaqişəsi – onu həll etmək heç də asan deyil” “Dağlıq Qarabağ münaqişəsi – onu həll etmək heç də asan deyil”

TİA.AZ xəbər verir ki, bunu Milli.Az-a müsahibəsində SSRİ və Rusiya xüsusi xidmət orqanlarının əfsanəvi kəşfiyyatçısı və tanınmış jurnalist, istefada olan general-mayor, hazırda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru və Beynəlxalq jurnalistika fakültəsinin dekan müavini Yuri Georgiyeviç Kobaladze deyib.

Y.Kobaladze qeyd edib ki, şəxsən o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin necə həll edilməsinin mümkün olduğunu bilmir: “Bilmirəm, mənim reseptim yoxdur. Əvvəla, hesab edirəm ki, əgər sən erməni və ya azərbaycanlı deyilsənsə, bu məsələyə qarışmaq və qiymət vermək çox təhlükəlidir. Bu, orda da, Azərbaycanda da suallar doğuracaq. Amma kənardan baxanda bir şey aydındır ki, vəziyyət heç də normal deyil və müharibə ərəfəsindədir. Kimin haqlı, kimin günahkar olduğu barədə təbii ki, mənim öz fikrim var, amma onu kütləvi şəkildə açıqlamaq istəmirəm”.

Tanınmış kəşfiyyatçı-jurnalistin fikrincə, bu münaqişəni həll etmək lazımdır, lakin bunu etmək çox çətin olacaq: “Gec-tez bütün münaqişələr bitir. İstənilən müharibə sülhlə başa çatır. Amma bu münaqişənin dərin tarixi kökləri var və onu həll etmək heç də asan deyil. Lakin onu da nə vaxtsa həll etmək lazımdır. Necə? Mən bu barədə resept vermək və necə etmək lazım olduğunu söyləmək üçün o qədər də ağıllı deyiləm. Üstəgəl, situasiyaya da tam hakim deyiləm”.