Türkiyə ilə Hollandiya arasındakı diplomatik krizislə əlaqəli açıqlama verən Kremlin sözçüsü Dmitriy Peskov, tərəfləri təmkinli olmağa çağırıb.
Türkiyə ilə Hollandiya arasındakı diplomatik krizislə əlaqəli açıqlama verən Kremlin sözçüsü Dmitriy Peskov, tərəfləri təmkinli olmağa çağırıb .
TİA.AZ “Hürriyət”-ə istinadən bildirir ki, Rusiya Prezidenti Vladimir Putinin sözcüsü Peskov jurnaslitlərə verdiyi açıqlamada, “iki ölkə arasındakı təzyiqin aşağı düşməsi üçün” həm Türkiyə, həm də Hollandiyanı “təmkinli və konstruktiv” olmağa çağırıb.
Peskov:”Hər hansı bir vasitəçiyə ehtiyac olduğunu düşünmürük. Bu durumdan sadəcə bu iki ölkə çıxa bilər” ifadəsini işlədib.
ÇAVUŞOĞLU-LAVROV GÖRÜŞMƏSİ
Digər tərəfdən Sputnikin xəbərinə görə, Xarici işlər naziri Mevlüt Çavuşoğlu və Rus tərəfdaşı Sergey Lavrov bu gün telefon danışığında Astana prosesi və Suriyadakı son hadisələrdən danışıblar.
Rusiya Xarici işlər naziriliyindən verilən açıqlamaya görə, Ankaranın tələbi üzündən keçirilən görüşmədə, Lavrov və Çavuşoğlu, Qazağıstanın paytaxtı Astanada keçirilməsi planlaşdırılan üçüncü səfər görüşlərinin hazırlıqlarını dəyərləndirib. Cümə günü Moskvada iki ölkə liderlərinin nazirləri Rus-Türk Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında (YSƏŞ) Astana prosesini məşvərət edən Lavrov və Çavuşoğlu, atəşkəsin dəstəklənməsi və səmərəli bir müzakirə prosesi açılmasına dair müqavilələri də müzakirə edib.
İlahə