Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsrail-Fələstin məsələsi ilə bağlı Türkiyənin konstruktiv təkliflərini müzakirə etməyə hazır olduqlarını bildirib.
Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreyanın paytaxtı Pxenyanda həmkarı Ço Son-hui və Şimali Koreya lideri Kim Çen Inla görüşüb. Sergey Lavrov təmaslarından sonra mətbuat konfransı keçirərək, İsrail və Fələstindəki münaqişələrlə bağlı açıqlamalar verib.
Türkiyənin qarant mexanizminin yaradılması təklifi ilə bağlı Lavrov deyib: “Biz istənilən konstruktiv təklifi müzakirə etməyə hazırıq. Bu günlərdə eşitdiyim bu təşəbbüs gərginliyi azaltmaq və vəziyyəti normallaşdırmaq istəyini açıq şəkildə əks etdirir. Biz daimi təmasda olduğumuz türkiyəli dostlarımızdan bu təkliflə konkret nə nəzərdə tutulduğunu eşitmək istərdik”.
Türkiyənin bu təşəbbüsünün bölgədə tarazlığı qorumaq məqsədi daşıdığını ifadə edən Lavrov, “Bunu nəzərə almaq üçün əməkdaşlığa hazır olacağıq” deyib.