ATƏT Minsk Qrupunun həmsədrləri regiona səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti dəqiqləşdirməyi planlaşdırır.
ATƏT Minsk Qrupunun həmsədrləri regiona səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti dəqiqləşdirməyi planlaşdırır.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib ki, həmsədrlərin iyunun 10-u İrəvana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin aktual məsələlərinin müzakirəsi planlaşdırılır.
Həmsədrlər daha sonra Dağlıq Qarabağa səfər edəcəklər. Bir həftə sonra isə onların Bakıya səfəri nəzərdə tutulub.
M.Zaxarova qeyd edib ki, bu səfərlər nəticəsində birgə bəyanat yayımlanacaq.