“Rusiyadan pul köçürmələrinin yeni üsulları tətbiq edilməlidir”

“Rusiyadan pul köçürmələrinin yeni üsulları tətbiq edilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rusiya Azərbaycana pul köçürmələrində həmişə mühüm rol oynayıb. Xüsusilə ölkədə yerli əhalinin bir çox sosial məsələlərinin məhz Rusiyadan gələn köçürmələr sayəsində həll olunduğu bölgələr və rayonlar var”.
Bunu Bakupost.az -a iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.
 
Onun dediyinə görə, xeyli sayda həmvətənimiz Rusiyada işləyir və onlar qazandıqları pulun bir hissəsini ailələrinə göndərirlər. Bu pullar Azərbaycan iqtisadiyyatına çeviklik əlavə edir, alıcılıq qabiliyyətini artırır:
“Bu pulun olmaması Rusiyadan köçürmələrdən asılı olan Azərbaycan əhalisinin bəzi təbəqələrinin sosial vəziyyətinə bu və ya digər şəkildə təsir edəcək”.
Ekspert qeyd edib ki, Rusiyadakı həmvətənlərimiz rublla qazanırlar. Sonra pulu sabit valyutaya – dollara və ya avroya dəyişib Azərbaycana göndərirlər. İndi Rusiyada valyuta bahalaşıb və rublla qazanan insanlar gəlirlərini bu valyutalara daha az çevirə bilirlər, buna görə də köçürmələr azalır.
N.Cəfərlinin sözlərinə görə, Rusiya və Azərbaycan ölkələr arasında pul köçürmələrinin yeni üsullarını razılaşdırıb tətbiq etməlidir:
“Azərbaycan və Rusiya arasında pul köçürmələrinin sadələşdirilmiş sxemləri biznesin işini xeyli asanlaşdıracaq. Çünki Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu üçün ticarət dövriyyəsi o qədər sürətlə olmasa da, artır”.