Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəhbəri Kirill Budanov Rusiyanın Dnepr şəhərinə məhdud sayda eksperimental raketlərdən birini atdığını bildirib.
“Raketin elmi adı “Oreşnik”dir, lakin əslində, bu sistem “Kedr” adlanır və nüvə silahı daşımaq üçün nəzərdə tutulub. Onların bu raketi qeyri-nüvə variantında istifadə etməsi, demək olar ki, ağıllarını tam itirdiklərinə bir xəbərdarlıqdır”, – deyə Budanov qeyd edib.
Musavat.com-un məlumatına görə o əlavə edib ki, Rusiyada bu raketlərdən yalnız iki təcrübə nümunəsi mövcuddur və bu addım Moskvanın müharibədəki gərginliyi yeni səviyyəyə çıxarmaq niyyətində olduğunu göstərir.