Rusiyada tikinti sahəsində çalışan xarici vətəndaşların sayı bu sahədə işləyənlərin maksimum 80 faizini təşkil edə biləcək.
TİA.AZ-ın İnterfax-a istinadən məlumatına görə, bu barədə Rusiya baş nazirinin müavini Tatyana Qolikova bəyan edib.
Onun sözlərinə əsasən, hazırda tikinti sahəsində 6,3 milyon insan işləyir, və onların əksəriyyəti miqrantlardır.
“Yeni qanun qüvvəyə minəndən sonra bu yerlərin bir hissəsini rusiyalılar tuta biləcək”, – deyə o bildirib.
Qolikova əlavə edib ki, müvafiq qanun layihəsi artıq bir sıra qurumlarla təsdiqlənib və 2019-cu ildə qüvvəyə minməlidir.
Həmçinin qeyd olunur ki, məhdudiyyət Moskva, Xabarovsk və Amur vilayətlərinə təsir etməyəcək. Bu vilayətlərdə tikinti sahəsində işləyən miqrantların payı ümumi işçilərin sayına nisbətdə 100 faiz ola bilər.