Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Krım körpüsünə hücumun terror aktı olduğunu və körpünün mülki infrastruktur obyekti olduğunu vurğulayıb.
Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova Ukraynanın Krım körpüsünə İHA və hücum arsenalı ilə təchiz edilmiş S-200 tipli raket sistemləri ilə hücum etdiyini bildirib.
Hücumu “terror aktı” kimi qiymətləndirən Zaxarova “Bu terror hücumlarını qətiyyətlə pisləyirik. Krım körpüsü sırf mülki infrastruktur obyektidir və körpüyə hücumlar qəbuledilməzdir. Keçən ilin payızından bəri bu cür hücumlara məruz qalır, nəticədə mülki insanlar həlak olur. Ona görə də Qərbin intensiv köməyinə baxmayaraq, təmas xəttindəki vəziyyəti dəyişə bilməyən Ukrayna Silahlı Qüvvələri gizli terror üsullarından istifadə edərək mülki infrastruktura və dinc sakinlərə cavab zərbələri endirməyə çalışır”, – bildirib.