Rusiyadan İrəvana pul axını dayanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2016-cı ildə Ermənistan xaricdən pul transferləri azalıb. 

2016-cı ildə Ermənistan xaricdən pul transferləri azalıb.

TİA.AZ xəbər verir ki, bu barədə informasiya Ermənistan dövlət büdcəsinin icra edilməsi haqqında hesabatda yer alıb. Belə ki, keçən il transferlər 8,6% azalıb. Bununla da azalma rekord həddə çataraq, 2000-ci ilin göstəricisini təkrarlayıb və ümumdaxili məhsulun 9,4%-ni təşkil edib.

Qeyd edək ki, 2016-cı ildə Ermənistanda təmiz transfer 556,5 milyon dollar olub. Ölkəyə xaricdən ən böyük pul transferi Rusiyadan edilir. Təkcə 2012-ci ildə Rusiyadan Ermənistana edilən transferlərin həcmi 1,3 milyard dollar olub.