Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, Fransa Ukraynaya hərbi qüvvələr göndərərsə, Rusiyanın reaksiyası təkcə siyasi xarakter daşımayacaq.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Avropa Departamentinin rəhbəri Artyom Studnikov “ Fransa Ukraynaya qoşun yeridərsə, Rusiyanın cavabı təkcə siyasi olmayacaq”, – deyib.
Studnikov Rusiyanın belə vəziyyətdə hansı tədbirləri görəcəyini dəqiqləşdirməyib, lakin Moskvanın Parisə xəbərdarlıq etdiyini bildirib. O əlavə edib ki, bu, iki nüvə silahlı ölkə arasında münaqişə riskini də artıracaq.
Fransanın Ukraynaya 2 minlik əsgər göndərməyə hazırlaşdığı iddia edilirdi.