Rusiyadan dəhşətli hücum – İki aylıq körpə dünyasını dəyişibbackend

Rusiyadan dəhşətli hücum – İki aylıq körpə dünyasını dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynanın Xarkov vilayətinin kəndlərindən birində oteli vurub. Hücum zamanı iki aylıq körpə ölüb.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, 3 mərtəbəli otelə edilən hücumda 2 aylıq körpə həyatını itirib. Xarkov vilayətinin qubernatoru Oleh Syniehubov hücumda körpənin anası da daxil olmaqla 3 nəfərin qəlpələrlə yaralandığını, körpənin cansız bədəninin otelin dağıntıları altından çıxarıldığını bildirib. Polis hücum nəticəsində 30-dan çox evə, çoxlu mağaza və avtomobilə ziyan dəydiyini bildirib.