Rusiyadan 60 mindən çox miqrant qovulubbackend

Rusiyadan 60 mindən çox miqrant qovulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ildə Rusiyadan 60 mindən çox qanunsuz miqrant qovulub. Bu rəqəm 2023-cü illə müqayisədə iki dəfə artıb. Deportasiya qərarı məhkəmə tərəfindən verilib.

Tribunainfo.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Federal Məhkəmə İcraçıları Xidmətinin direktoru Dmitri Aristov bildirib.

2024-cü ilin doqquz ayı ərzində Rusiya vətəndaşlığı olmayan 60 mindən çox insan ölkəni məcburi şəkildə tərk edib. 2023-cü ilin eyni dövründə deportasiya edilənlərin sayı 30 minə yaxın olub.

Rusiyanın baş məhkəmə icraçısı Dmitri Aristovun sözlərinə görə, 2024-cü ildə artıq Rusiya Federasiyasının ərazisində qanuni yaşaya bilməyən xarici vətəndaşların sayı xeyli artıb. Nəticədə qanunsuz miqrantların ölkədən çıxarılması üçün daxili işlər orqanları tərəfindən gücləndirilmiş tədbirlər həyata keçirilib.