Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində ölənlər arasında azərbaycanlı qızın olduğu açıqlanıb.
Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində ölənlər arasında azərbaycanlı qızın olduğu açıqlanıb.
TİA.AZ Diaspor.az saytına istinadən xəbər verir ki, bu, 20 yaşlı Əliyeva Dilbarədir. Əliyeva Dilbarə Sankt-Peterburq Dəmiryolu Universitetinin tələbəsi olub. Məlumatı Sankt-Peterburq şəhərində Azərbaycan diasporunun fəallarından olan Orxan Məcidov təsdiqləyib. Dispor fəalının sözlərinə görə, mərhum aprelin 4-də saat 10:00 da son mənzilə yola salınacaq.