Rusiya Federasiyası ərazisində olan əcnəbilər üçün yanvarın 1-dən yeni qaydalar qüvvəyə minib.
Trubinainfo.az bu barədə Rusiya mətbuatına istinadla xəbər verir.
Bildirilir ki, yeni qaydalara əsasən, Rusiyada vizasız qalmanın maksimum müddəti təqvim ili üçün 90 günə endirilib.
Xatırladaq ki, əvvəllər bu müddət 180 gün idi.