Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış səbəbindən girişin çökməsi nəticəsində ölənlərin saylı 37 nəfərə çatıb.
Bu barədə Rusiya FHN məlumat yayıb. Xilasetmə tədbirləri davam etdirilir.
Qeyd edək ki, daha öncə dağıntılar altından 10 aylıq körpə xilas edilmişdi.
****
Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, xilasedicilər daha iki nəfərin – qadın və kişinin meyitini dağıntılar altından çıxarıblar.