Fevralın 5-dən Rusiya Federasiyasında miqrasiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər qüvvəyə minəcək.
Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Teleqram kanalında bildirib.
“Qanunsuz miqrantların ölkədən çıxarılması rejimini nəzərdə tutan qanun qüvvəyə minəcək. Rusiya Federasiyasının qanunvericiliyinə əməl etməyən və ya burada qanuni yaşamaq hüququnu itirənlər ölkəmizdə olmamalıdır. Bu tədbir təhlükəsizliyin artırılmasına yönəlib”, – deyə sədr yazıb.
Volodin həmçinin qeyd edib ki, fevralın 5-dən etibarən Rusiya Federasiyasına daxil olmaq və ya onun hüdudlarından kənara çıxmaq üçün müəyyən edilmiş qaydaların pozulmasına, habelə Reyestrə daxil edilmiş miqrantlara qadağan olunan xidmətlərin göstərilməsinə görə inzibati məsuliyyət tətbiq olunacaq.
Xatırladaq ki, Rusiyada xeyli azərbaycanlı yaşayır və onların bir çoxunun qanuni yaşayış icazəsi yoxdur