Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kemerovo vilayətinin cənubunda zəlzələ baş verib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

Seysmik hadisə Şereqeş dağ-xizək kurortunun yaxınlığında qeydə alınıb. Yeraltı təkanların maqnitudası 4,2 bal təşkil edib.

Mütəxəssislər zəlzələnin episentrdə 5,5 bal gücündə olduğunu bildiriblər.

Tələfat və ya infrastruktura ziyan dəyməsi barədə məlumat verilməyib.