Rusiyanın Sergiev Posad şəhərində Zaqors optik-mexanika zavodunda baş verən partlayış nəticəsində 4 bina tamamilə dağılıb.
Tribunainfo.az “Baza”ya istinadla xəbər verir ki, daha 6 bina qismən dağılıb, 14 binaya ziyan dəyib:
“Partlayış faktı ilə bağlı İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 217-ci maddəsi ilə (Təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyi tələblərinin pozulması) ilə cinayət iş açıb.
“Baza” qeyd edir ki, zavodda baş verən partlayış təxribat da ola bilər: “Müstəntiqlər digərləri ilə yanaşı, bu versiyanı da nəzərdən keçirirlər”.
Hələlik partlayışın dəqiq səbəbi məlum deyil. Versiyalardan birinə görə, Zaqorsk optik-mexanika zavodunun ərazisində “Piro-Ross” şirkətinə məxsus pirotexniki vasitələrin olduğu anbar partlayıb. Lakin şirkətin direktoru partlayışın qonşu anbarda baş verdiyini iddia edir. Digər versiyaya görə, partlayış zavoda daxil olan yük maşınının boşaldılması zamanı baş verə bilər.
Hadisə nəticəsində ümumilikdə 43 nəfər xəsarət alıb, onlardan 6-nın vəziyyəti ağırdır, 4 nəfər reanimasiyaya yerləşdirilib. Vilayət Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə yerində 23 təcili tibbi yardım briqadası, 5 tibbi fəlakət mərkəzi briqadası və təcili tibbi yardım helikopteri işləyir.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, dağıntılar altında daha 5 nəfər ola bilər.

