Rusiyada yeniyetmə hokkeyçilər arasındakı oyun zamanı kütləvi dava düşüb- VİDEO

Rusiyada yeniyetmə hokkeyçilər arasındakı oyun zamanı kütləvi dava düşüb- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada yeniyetmə hokkeyçilər arasında keçirilən ölkə çempionatının oyunundan sonra kütləvi dava düşüb.

“Report” triboona.ru-ya istinadən xəbər verir ki, xoşagəlməz olay “Alaniya” və “Xaski” komandaları arasında baş tutan matçda yaşanıb. Ən kiçiyi 2008-ci il təvəllüdlü olan idmançılar ciddi zədəalmaq təhlükəsi ilə üzləşiblər.

Vladiqafqaz təmsilçisinin 6:3 hesabı ilə qalib gəldiyi görüşün final fitindən sonra meydan sahiblərinin 4 hokkeyçisi ilə Nevinnomıssk təmsilçisinin 10 yaşlı üzvü arasında münaqişə baş verib. Nəticədə təxminən bir dəqiqə çəkən kütləvi dava düşüb. Hakimlərin müdaxiləsindən sonra tərəfləri ayırmaq mümkün olub. Ədalət təmsilçiləri dava iştirakçılarından 3-nü cəzalandırıblar. Toqquşmada xəsarət alan olmayıb.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb.