Rusiyanın Maqnitorsk şəhərində məişət qazının partlaması nəticəsində yaşayış binasının bir hissəsi uçub.
TİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış yerli vaxtla 04:00 radələrində baş verib.
Hadisə nəticəsində binanın üçüncü mərtəbədən onuncü mərtəbəyə qədər olan hissəsi çöküb. Azı 4 nəfərin həlak olduğu bildirilir. Dağıntılar altında 50-ə yaxın sakinin olduğu güman edilir.
Uçqun 48 mənzilə ziyan vurub. Xilasedicilər dağıntılar altından insanları çıxarmağa çalışır.
İnsidentlə əlaqədar Çelyabinsk vilayətində matəm elan olunub.