RUSİYADA YAŞAYAN AZƏRBAYCANLILAR GERİ QAYIDIR?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-Rusiya münasibətləri yenidən gərginləşib. Dünyanın ən güclü iki dövləti arasında soyuq küləklərin əsməsinin səbəbi ABŞ-ın Rusiyaya qarşı sanksiyaları yenidən gündəmə gətirməsi olub.  


ABŞ-Rusiya münasibətləri yenidən gərginləşib. Dünyanın ən güclü iki dövləti arasında soyuq küləklərin əsməsinin səbəbi ABŞ-ın Rusiyaya qarşı sanksiyaları yenidən gündəmə gətirməsi olub.


ABŞ Konqresinin Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı qəbul etdiyi qərarın Rusiyada yaşayan Azərbaycanlılara hər hansı bir təsiri olacaqmı? 

Bununla bağlı TİA.AZ politoloqların fikrini öyrənib. 

Milli Məclisin deputatı Fazil Mustafa: “ABŞ-ın  Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar orda yaşayan azərbaycanlıların və iş adamların həyatına təsir edir. Çünki bu məsələdə azərbaycanlılar Türkiyə cəmiyyətinin bir hissəsi kimi çıxış edir. İstənilən məsələnin onlara problem yarada biləcəyi artıq aldığımız informasiyalarda da görünür. Bir çoxları əvvəlki şərtlərdə yaşamaq və işləmək imkanına sahib olmurlar. Hətta Azərbaycana qayıdanlar da var. Bu deməkdir ki, qərardan bütün toplum əziyyət çəkir. Rusiyaya qarşı bu siyasət hələ nə qədər davam edəcək bəlli deyil. Təbii ki, Rusiya bu məsələdə vəziyyətdən çıxış, müvafiq yollar həmişə axtarır və bu yollarda var. Bütövlükdə, Rusiya iqtisadiyyatına əhəmiyyətli dərəcədə zərbə vuran bir addımdır. Təsəvvür edin ki, Krımın işğalından sonrakı dövrdə Rusiyanın maddi resursları da Krıma yönəlir. Çünki Krımdan götürüləcək elə bir iqtisadi resurslar yoxdur və turizm və başqa sahələri də inkişaf etdirmək üçün mütləq legitimlik və bunun tanınması ərazinin Ruisiyanın hüdudları kimi tanınması vacibdir. Bu olmadığına görə bura axın da baş vermir. Ona görə də bu məsələ Rusiyaya xeyli problemlər yaradır. Rusiya Cənubi Osetiyaya, Abxaziyaya əlavə vəsaitlər qoyur. Abxaziyada əsas gəlirlər turizmdəndir. Bura da böyük bir qüvvə cəlb edə bilmir. Ancaq rus turistləri gələ bilirlər. Ona görə də belə məsələlər həmişə ciddi problemlər yaradır. Yəqin ki, azərbaycanlıların həyatında bu öz təsirini göstərir”.

 

Politoloq Arzu Nağıyev bildirdi ki, Rusiyada yaşayan azərbaycanlılar həm iqtisadi, həm siyasi, eyni zamanda hərbi işlərlə məşğul olan qurumlarda çalışırlar: “Əgər sanksiyalar adbaad qoyulubsa, bu başqa məsələdir. Hər bir şəxsə ayrılıqda sanksiyalar tətbiq olunur. Lakin böyük  bir şirkətlərə, böyük bir qurumlara bu sanksiyalar qoyulursa, təbii ki, orda da azərbaycanlılar çalışır və Azərbaycan vətəndaşı da var, təsirlər qaçılmazdır. Əlavə olaraq, bir dövlətə qoyulan sanksiyalar ümumi dövlətin bütün iqtisadi, siyasi, hərbi qurumlarında işləyən bütün şəxslərə şamil olunur. Rusiyada böyük Azərbaycan diasporası var, bu qərar onlara da təsir edəcək. Hətta iqtisadi sanksiyalar qoyulandan sonra düşünürəm ki, qiymətlərdə də dəyişiklik olacaq. Bahalaşma baş verə bilər. Bunların hamısı millətindən asılı olmayaraq, bütün vətəndaşlara, eyni zamanda da  azərbaycanlılara təsir edəcək. Qarşılıqlı sanksiya- ABŞ Rusiyaya bu sanksiyanı tətbiq edəndə Rusiya da adekvat olaraq öz sanskiyalarını tətbiq edir. Artıq bir neçə turist təşkilatı və digər turizmlə məşğul olan təşkilatlar, miqrasiya məsələləri və s. bütövlükdə bunların hamısına təsir edən amillər ola  bilər. Fərdi  şəkildə bizneslə məşğul olan şəxslər öz bizneslərindən istifadə edərək nəsə  tədarük edib, onu xaricə göndərirlərsə, bunların hamısına təsir edən amillər olacaq və bu davam edəcəkdir”.

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, bu qərarın azərbaycanlılara bir o qədər də təsiri olmayacaq: “Rusiyada yaşayan azərbaycanlılar rus xalqının tərkib hissəsinə çevriliblər. Rusiya vətəndaşlarına və ya rus vətəndaşlarının taleyini bölən insanlara çevriliblər. Amerika cəza tədbirləri ilə ruslara bir o qədər də gücü çatmır və ya təsir edəndə də rusları öz inadından döndərə bilmirsə, Rusiyada yaşayan azərbaycanlılar rus xalqıyla eyni taleyi bölüşdüyünə görə, cəza tədbirlərinə qarşı öz müqavimətlərini qoyacaqlar. Ümumilikdə,  insanlar bir balaca kasıblayır. Amma əsasən cəza tədbirlərinə görə kasıblamırlar. Rus hakimiyyətinin bivecliyinin təsirinin, Rusiyadakı korrupsiyanın insan, vətəndaş təşəbbüsünün boğulmasının acısını çəkirlər. Rus xalqı azərbaycanlılarla eyni taleyi yaşayır,  amma  cəza tədbirlərinin əlahiddə təsiri düzgün deyil”.

İlahə